“Bizə o qədər də yüksək səviyyəli ərəb turistlər gəlmir”

Elə çıxır ki, biz turizmi ancaq ərəblərə tuşlamışıq, ayrı yerdən turistlər lazım deyil.

Source:


Deputat turizm sahəsini tənqid edib

“Turizm sahəsində ən böyük problem restoranlarda, yeməkxanalarda qiymətlərin od tutub yanmasıdır".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Araz Əlizadə belə deyib. O bildirib ki, bu kimi məsələlər barədə ciddi düşünmək lazımdır:

“Nə qədər turist yaxınlaşıb soruşur ki, harada normal qiymətə yemək yemək olar? Düzdür, bizə o qədər də yüksək səviyyəli ərəb turistlər gəlmir. Elə çıxır ki, biz turizmi ancaq ərəblərə tuşlamışıq, ayrı yerdən turistlər lazım deyil. Xeyr, bizə ayrı ölkələrdən turistlər lazımdır. Azərbaycanı bütün dünya tanımalı, mədəniyyətimizi, incəsənətimizi gəlib görməlidirlər. “Turizm haqqında” qanunun üzərində 2015-ci ildən işləyirik, hələ ərsəyə gətirə bilməmişik. Ona görə də bu sahədə ciddi işlər görmək lazımdır".

Ana səhifəSiyasət“Bizə o qədər də yüksək səviyyəli ərəb turistlər gəlmir”