Şikayətçi: “Telekanallar da polislərin komandasının qalib gəldiyini söylədi”
Ağsuda Azərbaycan polisinin 100 illiyinə həsr olunan futbol turniri keçirilib. Turnirdə 10 komanda iştirak edib. Yarışa qatılan “Relax” komandasının üzvlərinin məlumatına görə, turnirin qalibi olsalar da, qələbə polislərin adına yazılıb:
“Bizi icra hakimiyyətinə çağırdılar, birinci yerə çıxdığımız üçün diplom, kubok və pul mükafatı verdilər. Sonradan məlum oldu ki, eyni mükafatları polislərə də veriblər, üstəlik onlara bizdən çox pul veriblər. Telekanallar isə rayon üzrə polislərin komandasının qalib gəldiyini söylədi. Öyrəndik ki, polislərə bizdən çox pul veriblər”.
Adının açıqlanmasını istəməyən komanda üzvü deyir ki, turnir başlayanda onlara 800 manat veriləcəyi vəd olunsa da, 500 manat verilib.
Ağsu Rayon İcra Hakimiyyətindən məsələyə aydınlıq gətirən olmadı.