Məhbuslar ailələrinə təzyiqlərə etiraz edirlər
Dekabrın 22-də 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 7 “Gəncə məhbusu” rəsmi müraciətlə aclıq aksiyasına başladıqlarını bildiriblər. Bu barədə məhbusların ailələri məlumat yayıb. Məlumatda bildirilir ki, məhbusların aclıq aksiyasına başlamasına səbəb kimi Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Gəncə məhbuslarının ailələrinə qarşı sərt davranışı, Gəncə Şəhər Polis İdarəsinin məhbus ailələrinə təhdidləri və məhkəmələrin qərarlarına etiraz olaraq göstərilib.
İş günü olmadığından Meydan TV məsələyə Penitensiar Xidmətdən münasibət öyrənə bilməyib.