“Billboard Music Awards” ilin ən yaxşı musiqiçilərini elan edib

Qadın müğənnilər arasında bu il seçilənlər Teylor Svift və Ledi Qaqa olub.

Source: Specify Source



“The Weeknd” birinci, Dreyk “Onilliyin artisti” olub

Los-Ancelesdə “Billboard Music Awards” mükafatının təqdimetmə mərasimi keçirilib.

Bu ilin qalibi kanadalı müğənni “The Weeknd” (Abel Makkonen Tesfaye) olub.

“Blinding lights”, “After hours” hitlərinin ifaçısı bir neçə nominasiya üzrə mükafatlandırılıb.

2.png
Pop Smoke

İkinci yerə isə repçi Pop Smoke (Bashar Barakah Jackson) layiq görülüb.

Repçi ölümündən sonra beş nominasiya üzrə ilin “Ən yeni ifaçısı” seçilib.

İyirmi yaşlı musiqiçi 2020-ci ilin fevralında güllələnərək qətlə yetirilmişdi.

Qadın müğənnilər arasında bu il seçilənlər Teylor Svift və Ledi Qaqa olub.

Repçi Dreyk “Onilliyin artisti”, müğənni Pink isə “İkona” nominasiyalarında mükafatlandırılıb.

3.png
Bad Bunny
Ana səhifəMədəniyyət“Billboard Music Awards” ilin ən yaxşı musiqiçilərini elan edib