“Bəzi məktəblərdə uşaqlar psixotrop dərmanlardan istifadə edir”

Direktor bildirib ki, narkotik istifadəçilərinin, əsasən, 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir

Source: Specify Source


“Son illərdə narkotikin təsiri ilə kobud psixi pozuntu hallarının sayı artıb”

“Hazırda Narkoloji Dispanserdə 32 min nəfər qeydiyyatdadır. Qeyri-rəsmi rəqəmlər isə dəfələrlə çoxdur”.



Report

” xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dispanserdə qeydiyyatda olanlar arasında 300 qadın və 50 nəfərə yaxın yeniyetmə var.

Direktor bildirib ki, narkotik istifadəçilərinin, əsasən, 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir:

“Narkotik istifadəçiləri iynələrdən çox dərman atmağa üstünlük verirlər. Son illərdə narkotikin təsiri ilə kobud psixi pozuntu hallarının sayı artıb. Bunun da səbəbi sintetik narkotik maddələrin istifadə edilməsidir”.

Bundan başqa mərkəz direktoru bildirib ki, bəzi məktəblərdə uşaqlar psixotrop dərmanlardan istifadə edirlər. Onun sözlərinə görə, psixotrop dərmanlar apteklərdə 3 möhürlü reseptlə xüsusi xəstələrə satılır.

“Amma müxtəlif səbəblərdən o dərmanlar qara bazara çıxıb. Məktəblilər də bu tipli psixotrop dərmanlardan istifadə edir. Qara bazarda hardansa gətirilib satılan metamfetamin dərman deyil, psixotrop maddədir. Bu dərmandan onkoloji, şəkər-diabet, epilepsiya və başqa ağır xəstəliklərdə istifadə edilir. Bu dərmanı başqa məqsədlə istifadə edəndə narkotik təsirini göstərir”.

Ana səhifəSosial“Bəzi məktəblərdə uşaqlar psixotrop dərmanlardan istifadə edir”