Arlem Dezir

Mənbə: Foto: arxiv

Başlıq: Arlem Dezir

Beynəlxalq təşkilatlar Mehman Hüseynovla bağlı hakimiyyətə çağırış edib

"Hakimiyyəti bu məsələni tez və ətraflı araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram"

Norveçin "İnsan Hüquqları Evi" Fondu (Human Rights House Foundation) video-bloger Mehman Hüseynova qarşı polisin “amansız rəftarı”nı pisləyib. Hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini hadisəni tez zamanda və ətraflı araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb.

“Turan” İA bu barədə təşkilatın “Twitter”dəki mikrobloqunda yaydığı bəyanata istinadən yazıb.

Eyni zamanda, ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Arlem Dezir də Mehman Hüseynovun dekabrın 27-də polis tərəfindən saxlanılması və döyülməsi haqqında məlumatlardan narazılığını bildirib.

"Hakimiyyəti bu məsələni tez və ətraflı araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram", - deyə o, “Twitter”dəki mikrobloqunda yazıb.

Mehman Hüseynov dekabrın 27-də axşam saatlarında reper Pasterin (Pərviz Quluzadə) həbsi ilə bağlı etiraz aksiyası zamanı polis tərəfindən saxlanılıb. Özünün dediyinə görə, o, şəhər kənarına aparılıb və amansızca döyülüb.

DİN-nin mətbuat xidməti M.Hüseynovun "razılaşdırılmamış aksiya keçirdiyinə və vətəndaşların istirahətini pozduğuna görə" saxlanıldığını təsdiq edib, amma döyülmə faktını təkzib edib.

Mehman Hüseynov

Mehman Hüseynov

Mənbə: Foto: Meydan tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ua1bts

Ən çox baxılan