“Sabah” klubu ilə görüşdə qalib müəyyənləşməyib
“Sabah” klubu mayın 13-də yoldaşlıq oyunu keçirib.
Bakı təmsilçisi xeyriyyə matçında Türkiyənin “Beşiktaş” klubu ilə üz-üzə gəlib. Saat 18:00-da startı verilən oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib.
Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. Oyun 3:3 hesabı ilə başa çatıb.
Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Martın 26-da Türkiyənin “Qalatasaray” klubu da Bakıda “Qarabağ”la xeyriyyə oyunu keçirmişdi. Görüş türkiyəlilərin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.