Berlində “vicdan məhbusları” ilə bağlı aksiya keçiriləcək

Azərbaycanlıların almaniyalı siyasətçilərlə görüşü nəzərdə tutulur

Source:


Azərbaycanlıların almaniyalı siyasətçilərlə görüşü nəzərdə tutulur

Oktyabrın 22-də Berlində azərbaycanlı “vicdan məhbusları”nın müdafiəsi və Azərbaycanda insan hüquqlarının pisləşməsinə etiraz olaraq aksiya keçiriləcək.

Aksiyanı Avropada Demokratiyaya Dəstək Alyansı keçirəcək. Aksiya Bundestaqın qarşısında olacaq.

Bununla bağlı Facebook-da “Səsimizi ucaldaq!” adlı səhifə yaradılıb.

(

https://www.facebook.com/events/714986891923409/

).

Aksiyada məqsəd avropalı siyasətçiləri və Almaniyadan olan deputatları Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə tanış etmək, “vicdan məhbusları”nın azadlığa buraxlmasını ölkə rəhbərliyindən tələb etməkdir.

Ana səhifə ▸ Xəbərlər ▸ Berlində “vicdan məhbusları” ilə bağlı aksiya keçiriləcək