Berlində siyasi və vicdan məhbusları ilə bağlı aksiya keçirildi

Bundestaq qarşısında azərbaycanlı mühacirlərin “Siyasi məhbuslara azadlıq” şüarı ilə aksiyası keçirilib.

Source:

Bu gün, oktyabrın 22-si Avropada Demokratiyaya Dəstək Alyansının təşkilatçılığı ilə Berlində, Bundestaq qarşısında azərbaycanlı mühacirlərin “Siyasi məhbuslara azadlıq” şüarı ilə aksiyası keçirilib. Aksiyada 50-ə yaxın xaricdə yaşayan həmvətənlimiz iştirak edib. Aksiyanı giriş çıxışı ilə açan aktivist Orduxan Temurxanoğlu ingilis, alman, Azərbaycan dillərində şüarlar səsləndirib. Aksiyada “Siyasi məhbuslara azadlıq”, “Diktaturaya yox”, “Qanunsuz həbslərə son”, “Avropa, dəyərlərini kürüyə, neftə satma”, “Azərbaycandakı insan haqqlarının pozulmasına göz yummayın” kimi şüarlar dilləndirilib.

Aksiyadan sonra iştirakçılar əyinlərində siyasi məhbusların şəkilləri olan t-shirtlərlə, ağzıqaralar fləşmobu keçiriblər.

Xatırladaq ki, sabah Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer Azərbaycana gəlir. Səfər çərçivəsində Ştanmayerin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulur. Görüşdən sonra xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcəklər.

Ana səhifəXəbərlərBerlində siyasi və vicdan məhbusları ilə bağlı aksiya keçirildi