Belarusun müxalif lideri həbs edilib

O, mayın 31-də 2000-dək insanın müxalif bloger Syarhey Tsixanouskinin həbsinə etiraz etmək üçün toplaşdığı Kamarousky Marketinə gedərkən saxlanıb.

Source: Specify Source


Statkeviç 2010-cu ildə keçirilən prezident seçkilərində prezident Aleksandr Lukşenkanın rəqibi olub

Belarusun tanınmış müxalifət lideri Mikalay Statkeviç paytaxt Minskdə mitinqə gedərkən saxlanılıb, – RFE/RL xəbər verir.

Statkeviç keçmiş prezidentliyə namizəddir və 9 avqust tarixində keçiriləcək prezident seçkilərinə namizədliyi mayın əvvəlində rədd edilib.

O, mayın 31-də 2000-dək insanın müxalif bloger Syarhey Tsixanouskinin həbsinə etiraz etmək üçün toplaşdığı Kamarousky Marketinə gedərkən saxlanıb.

Tsixanouski bu yaxınlarda “icazəsiz kütləvi toplantı” ilə əlaqədar həbs olunmuşdu. Tsixanouski Belarus hakimiyyətinə meydan oxuyan “Həyat üçün ölkə” adlı məşhur “YouTube” kanalının idarəçisidir.

Mayın 31-də Minskdə toplaşanlar prezidentliyə namizəd kimi qeydiyyata alınmaq üçün imza toplayan Tsixanouskinin həyat yoldaşı Svetlana Tsixanouskaya dəstək olduqlarını bildiriblər. Namizəd qeydə alınmaq üçün 100,000 imza toplamalıdır.

Statkeviç 2010-cu ildə keçirilən prezident seçkilərində prezident Aleksandr Lukşenkanın rəqibi olub. Zorakılıqlarla müşayiət edilən seçki beynəlxalq ictimaiyyət tərəfindən qanunsuz olaraq qəbul edilib.

Statkeviç 2010-cu ilin nəticələrinə etiraz edən böyük bir nümayişdə iştirak etdikdən sonra 5 il müddətinə həbs olunmuşdu. Onun həbsi insan haqları qrupları və Qərb hökumətləri tərəfindən tənqid edilib.

Mayın 19-da Belarus Mərkəzi Seçki Komissiyası Statkeviçin həbsini əsas gətirərək onun namizədliyi üçün təşəbbüs qrupunun təqdim etdiyi sənədləri rədd edib.

“Human Rights Watch” Belarus hakimiyyət orqanlarının etirazçılara, müxalif blogerlərə, jurnalistlərə və digər hökumət tənqidçilərinə qarşı seçki təzyiqləri gücləndirdikləri barədə xəbərdarlıq edib.

Mayın 24-də Minskdə 1000-dən çox nümayişçi bir araya gələrək Lukaşenkanın daha bir müddətə prezident seçilməsinə etiraz edib. 25 ildən artıqdır ki, Lukaşenka hakimiyyətdədir. Tənqidçilər onun müstəqil media və müxalifətə qarşı dözümsüz olduğunu qeyd edirlər.

Ana səhifəDünyaBelarusun müxalif lideri həbs edilib