Belarusun keçmiş prezidenti vəfat edib

Stanislav Şuşkeviç. Mənbə: “rus.team”

Stanislav Şuşkeviç SSRİ-nin ləğvinə imza atmışdı

Mayın 4-də 1991-1994-cü illərdə Belarus Ali Sovetinin sədri olmuş Stanislav Şuşkeviç 88 yaşında Minskdə vəfat edib.

Məlumatı Belarusun “Onliner” internet portalı siyasətçinin həyat yoldaşına istinadən yayıb.

S.Şuşkeviç 1991-ci ilin dekabrında Belovejskaya Puşçada Rusiya və Ukrayna prezidentləri Boris Yeltsin (1931-2007) və Leonid Kravçuk ilə MDB-nin yaradılması və SSRİ-nin mövcudluğuna son qoyulması barədə qərara imza atıb.

Stanislav Şuşkeviç 1934-cü il dekabrın 15-də Minsk şəhərində anadan olub.

Belarus Dövlət Universitetini bitirəndən sonra B.İ. adına Fizika İnstitutunun aspiranturasında təhsil alıb.

Fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb.

O, 1960-1961-ci illərdə Minsk Radio Zavodunun İxtisaslaşdırılmış Konstruktor Bürosunda baş mühəndis işləyib.

S.Stanislavoviç 1966-1969-cu illərdə Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin elmi işlər üzrə prorektoru olub.

1989-cu ildə S.Şuşkeviç SSRİ xalq deputatı seçilib.

O, 1991-ci ilə qədər Regionlararası Deputatlar Qrupunun üzvü olub.

1990-1995-ci illərdə Belarus Respublikası Ali Sovetinin deputatı olub.

1999-2000-ci illərdə ABŞ-ın Vaşinqton şəhərində Vudro Vilson Araşdırma Mərkəzində çalışıb.

Ana səhifəDünyaBelarusun keçmiş prezidenti vəfat edib