BDU tələbələri binadan “pulsuz təhsil” banneri asmaqla etiraz edib (yenilənib)

“Universitet rəhbərliyi illik təhsil haqqını yarısını istəyirlər”.

Source: Foto: Meydan TV


***


18.30.


BDU-nun tələbəsi Rüstəm İsmayılbəyli öz "Facebook" hesabında təhsil müəssisəsinin 2 saylı korpusunda formalı və mülki geyimlilərin olduğu barədə məlumat paylaşıb. Rüstəm İsmayılbəylinin sözlərinə görə, özü və tələbə yoldaşları dekan müavini tərəfindən təhdid olunur:


“Mənə deyildi ki, sən etmisən, görmüşük, gəl izahat yaz. "Sübut göstərin" söylədikdə, “görəcəksən” deyildi. Qrup yoldaşıma isə deyilir ki, siz bilirsiniz kim edib, deməsəniz, sizinlə bağlı iş görəcəyik”.


R.İsmayılbəyli BDU-nun açıqlamasına da toxunub:


“Bildirilib ki, hadisə Şərqşünaslıq fakültəsində baş verib, araşdırma aparılır”.


***


Universitet rəhbərliyi məsələni araşdırdığını deyir

Dekabrın 24-də Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsi ödənişli təhsilə etiraz əlaməti olaraq universitetin 2-ci korpusundan “Pulsuz təhsil” banneri asıb.

Adının açıqlanmasını istəməyən tələbələrdən birinin Meydan TV-yə verdiyi məlumata görə, hər il yanvar ayının əvvəlində tələbələrə ödənişlə bağlı problem yaradılır:

“Universitet rəhbərliyi illik təhsil haqqını yarısını istəyirlər. Bu da o deməkdir ki, bəzi tələbələr 1000, bəziləri 2200 birdəfəyə ödəniş etməlidirlər. Bu da çoxunun imkanı xaricindədir”.

BDU rəhbərliyi banneri yığışdırıb. Universitetin mətbuat katibi Pərvanə İbrahimova Meydan TV-yə məsələ ilə bağlı araşdırma apardıqlarını, əlavə məlumat olsa, açıqlama verəcəklərini söyləyib.

Ana səhifəSiyasətBDU tələbələri binadan “pulsuz təhsil” banneri asmaqla etiraz edib (yenilənib)