Baydendən növbəti pandemiya ilə bağlı xəbərdarlıq

Co Bayden, Mənbə: lev radin/shutterstock

Prezident Konqresi yeni pandemiyaya hazırlaşmağa çağırıb

ABŞ Prezidenti Co Bayden növbəti pandemiyanın gəlişi barədə xəbərdarlıq edib.

O, bu barədə 5 yaşa qədər uşaqlar üçün COVID-19-a qarşı peyvəndlə bağlı müraciətində deyib.

Prezident Konqresi yeni pandemiyaya hazırlaşmağa və koronavirusun nəticələrini nəzərə alaraq büdcəni planlaşdırmağa çağırıb.

“Bizə təkcə uşaqların vaksinasiyasına deyil, ikinci pandemiyaya hazırlıq üçün də pul lazımdır. Daha bir pandemiya olacaq və biz buna əvvəldən hazırlaşmalıyıq”, – Bayden bildirib.

Ağ Ev rəhbəri bunun hansı pandemiya olacağı və dəqiq nə vaxt baş verəcəyi ilə bağlı əlavə şərh verməyib.

Mart ayında Ağ Ev ABŞ Konqresini COVID-19 ilə mübarizə üçün əlavə 22,5 milyard dollar ayırmağa çağırıb.

Vəsaitin peyvəndlərin alınmasına və səhiyyə sisteminin təchizatına sərf olunacağı bildirilib

Ana səhifəDünyaBaydendən növbəti pandemiya ilə bağlı xəbərdarlıq