«Batumelebi» müdiri haqqında həbs qətimkan tədbiri seçilib

Mzia Amaqlobeli. Foto: “Batumelebi”

Məhkəmədə jurnalistlər qışqıraraq prokuror və hakimlərə: “Putinin qulları” deyiblər

Batumi Şəhər Məhkəməsi “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amaqlobeli barəsində həbs-qətimkan tədbiri seçilib.

Qərar hakim Nino Sahelaşvili tərəfindən verilib.

Məhkəmənin hazırlıq iclası 4 mart 2025-ci il, saat 11:00-a təyin edilib.

Prokurorluğun ittihamına görə, onu 4 ildən 7 ilə qədər həbs gözləyir.

Hakimin hökmü oxuması zalda səs-küy və “Mziaya azadlıq!” çağırışları ilə müşayiət olunub.

Məhkəmə zalındakı jurnalistlər hakim və prokurorlara: “İvanişvilinin qulları!”, “Rusiya məhkəməsi!”, “Jurnalistləri həbsxanaya göndərdiyinizə görə ayıb olsun”, “Satqınlar!”, “Putin prokurorları!”, “Qullar”, – deyərək etiraz ediblər.

Prokurorluq Mzia Amaqlobeli barəsində həbs qətimkan tədbirinin seçilməsi, müdafiə tərəfi isə onun üçün 100 min lari məbləğində girov təyin edilməsini istəyib.

Təqsirləndirilən şəxs özü də məhkəmədə bildirib ki, məsuliyyətdən yayınmır.

Mzia Amaqlobeli polis əməkdaşına (Cinayət Məcəlləsinin 353-cü maddəsinin 1-ci hissəsi) hücum etməkdə ittiham olunur.

Hökumətə yaxınlığı ilə tanınan KİV-lər Mzia Amaqlobelinin inzibati həbsdən azad edildikdən sonra Batumi polis rəisi İrakli Dqebuadzeni necə sillələdiyini əks etdirən videogörüntülər yayıb.

Yanvarın 11-də Mzia Amaqlobeli Batumidə Avropayönlü mitinqdə binanın divarına poster yapışdırdığına görə saxlanılıb, daha sonra sərbəst buraxılmışdı.

Azadlığa çıxandan bir neçə dəqiqə sonra o, Cinayət Məcəlləsinə əsasən həbs edilib.

“Polis əməkdaşına hücum bütün ölkələrdə cəzalandırılan ağır cinayətdir”, – deyə prokuror Vladimir Turmanidze deyib.

O bildirib ki, Mzia Amaqlobeli “qisas məqsədilə” Batumi şəhər polisinin rəhbəri İrakli Dqebuadzeyə hücum edib.

Turmanidze bildirib ki, törədilmiş cinayət onun həbsə məhkum edilməsi barədə vəsatət verilməsi üçün əsas olub və hakim onu ​​təmin edib.

“Polis məmuruna hücum bütün ölkələrdə cəzalandırılan ağır cinayətdir. Mzia Amaqlobeli polis məmurundan qisas aldı və buna görə də bu, polis əməkdaşına hücum kimi qiymətləndirilir”, – Vladimir Turmanidze bildirib.

ABŞ Helsinki Komissiyasının sədri respublikaçı Co Vilson “X” Platformasında yazıb:

“Mzia Amaglobeli və İvanişvili rejiminin bütün siyasi məhbusları dərhal azad edilməlidir. Azad və ədalətli seçkilər keçirilməlidir”.

Artıq 48-ci gündür ki, Gürcüstanda avropayönlü aksiyalar davam edir.

Bu aksiyalar zamanı polis onlarla vətəndaşı və jurnalisti təhqir edib.

Onların bir çoxu ağır yaralandığı üçün xəstəxanaya aparılmalı olub.

Ana səhifəXəbərlər«Batumelebi» müdiri haqqında həbs qətimkan tədbiri seçilib