Başqa bir Hacıyev də Avropa İttifaqında görüşlər keçirir

İctimai fəal Azərbaycanda insan haqları, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı Avropa İttifaqının atmalı olduqları addımlar və digər məsələləri müzakirə edib

Source:


İctimai fəal Azərbaycanda insan haqları, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı Avropa İttifaqının atmalı olduqları addımlar və digər məsələləri müzakirə edib

İctimai fəal  Bəxtiyar Hacıyev 17-18 iyul tarixlərində Avropa Parlamentində görüşlər keçirib. Bu barədə Meydan TV-yə məlumat verən Bəxtiyar Hacıyev bildirib ki, Avropa parlamentinin deputatları Klaus Buchner, Sogor Csaba, Georgi Pirinski, Pier Antonio Panzeri, Boris Zala və digər şəxslərlə ayrı-ayrılıqda keçirilən ətraflı görüşlər zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin gələcəyi, Azərbaycanda insan haqları, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı Avropa İttifaqının atmalı olduqları addımlar və digər məsələləri müzakirə edib.

Bundan başqa, o, hazırda  HCC və AYAPE təşkilatlarının birgə proqramı çərçivəsində Avropa Parlamentində təcrübə keçən Azərbaycanlı tələbələrlə görüşüb.

Ana səhifəXəbərlərBaşqa bir Hacıyev də Avropa İttifaqında görüşlər keçirir