Vəkil Avropa Məhkəməsinə müraciət edəcəklərini deyir
Dekabrın 18-də Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə “realinfo.az” saytının baş redaktoru İkram Rəhimovun kassasiya şikayətinə baxılıb.
Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib.
Vəkilin sözlərinə görə, şikayət rədd edilib. O, Avropa Məhkəməsinə müraciət edəcəklərini söyləyib.
İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. Baş redaktor ittihamları rədd edir.
İ.Rəhimov 5,6 il azadlıqdan məhrum edilib. Onun 29 günlük aclıq aksiyasından sonra, bu ilin sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsi cəzasını 3 ilə endirib.