Baş prokurorluq Rafael Cəbrayılovun məsələsini araşdıra bilər

Əgər Rafael Cəbrayılov barəsində məhkəmə baxışı zamanı onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək.

Source:


MSK deputatın səlahiyyətlərinə xitam verilməsi məsələsini müzakirə edəcək

Əgər Rafael Cəbrayılov barəsində məhkəmə baxışı zamanı onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Bundan sonra prokurorluq araşdırma aparacaq.

Bunu jurnalistlərlə söhbətində Baş prokuror Zakir Qaralov deyib.


Deputat Rafael Cəbrayılo

v 300 min dollar borc qarşılığında III və IV çağırış Milli Məclis deputatı mandatını girov qoyub.

Bu barədə məlumat ictimailəşdikdən sonra Rafael Cəbrayılov deputat mandatından məhrum edilməsi ilə bağlı

Milli Məcli

sə müraciət edib.

Parlament isə məsələyə baxılması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. MSK oktyabrın 2-də bununla bağlı iclas keçirəcək və Rafael Cəbrayılovun deputat mandatına xitam verilməsi üçün müraciətə baxacaq.

Baş prokuror Zakir Qaralov qeyd edib ki, MSK deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onun kimlərəsə borclu olması məsələsi müzakirə olunacaq.

deputat.jpg
Rafael Cəbrayılov

Deputat ev tikmək üçün 300 min ABŞ dolları məbləğində borcu notariat qaydasında 2015-ci il sentyabrın 9-da təsdiq edib. Məlumata görə, ona borc verən Təranə Rasim qızı Fətəliyeva ilə deputat ailəvi yaxın münasibətlərdə olub.

Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Ana səhifəSiyasətBaş prokurorluq Rafael Cəbrayılovun məsələsini araşdıra bilər