Baş Prokurorluq: Özünü prokurorluğun əməkdaşı kimi təqdim edən şəxs həbs olunub

Prokurorluğun məlumatında deyilir ki, şikayət ilkin istintaq zamanı öz təsdiqini tapıb və cinayət işi açılıb.

Source: Foto: arxiv


Həbs olunan şəxsin vətəndaşı ARDNŞ-ə işə düzəltmək adıyla aldatdığı iddia olunur

Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən şəxs həbs edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Pərvin İftixar oğlu Qəhrəmanovun əməlləri ilə bağlı şikayət daxil olub. Şikayətdə bildirilib ki, adıçəkilən şəxs özünü Baş Prokurorluğun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib və vətəndaşa Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verərək 5 min manatını alıb.

Prokurorluğun məlumatında deyilir ki, şikayət ilkin istintaq zamanı öz təsdiqini tapıb və cinayət işi açılıb.

Pərvin Qəhrəmanov Cinayət Məcəlləsinin 178.1 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilib və barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ana səhifəSosialBaş Prokurorluq: Özünü prokurorluğun əməkdaşı kimi təqdim edən şəxs həbs olunub