Baş Prokurorluq jurnalistin həbsi ilə bağlı məlumat yaydı

“Mənim telefonumu və kompüterimi qanunsuz olaraq apardılar”.

Source: Foto: arxiv


Xanımı: “Əfqanı korrupsiyada ittiham edirlər, amma yaşadığı evdən 30 manat pul çıxdı”

Baş Prokurorluq “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun saxlanılması ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:

“İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Mayın 13-də “Azel.tv” saytının rəhbəri Əfqan Sadıqov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Vəkil Elçin Sadıqov

açıqlaması

nda Əfqan Sadıqovun nədə günahlandırıldığı barədə məlumatlarının olmadığını söyləyib.

Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova onun mayın 13-də saxlanıldığını və bundan sonra yaşadıqları evdə axtarış keçirildiyini bildirib:

Baş redaktor Əfqan Sadıqov
Əfqan Sadıqov

“Mənim telefonumu və kompüterimi qanunsuz olaraq apardılar. Bəli, mən bunu qanunsuz hesab edirəm. Əfqanı korrupsiyada ittiham edirlər, amma yaşadığı evdən 30 manat pul çıxdı. Bu həbs təsadüfi deyil və sifarişçiləri bəllidir. Daha sonra Əfqana məxsus əlyazmaları götürdülər. Yazıçı və jurnalist yazar da…, burada təəccüblü nə ola bilər. Əfqan tənqidi yazıları və çıxışları ilə hər zaman hədəfdə olub”, – o qeyd edib.

Əfqan Sadıqov bundan öncə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi İttiham qaydasında məhkəməyə verilib. Mayın 15-də Cəlilabad Rayon Məhkəməsində hakim Elxan Əmirəliyevin sədrliyi ilə məhkəmə baxışı təyin edilib.

Jurnalist 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan jurnalistin cəzası 1 il azaldılıb.

Həbsdən sonra isə bir neçə dəfə müxtəlif müddətlərdə inzibati qaydada həbs edilib.

Ana səhifəSiyasətBaş Prokurorluq jurnalistin həbsi ilə bağlı məlumat yaydı