Kamran Əliyev: "Həmin 30 nəfərdən 2-si prokurorluq orqanlarından xaric edilib"
"Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib".
Bunu Baş Prokuror Kamran Əliyev yanvarın 8-də keçirdiyi əməliyyat müşavirəsində deyib.
O bildirib ki, hesabat dövründə həmin 30 nəfərdən 2-si prokurorluq orqanlarından xaric edilib: “8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib”.
Baş Prokurorluğun 2020-ci ildə baş verən cinayətlərlə bağlı hesabatında qeyd olunur ki, son 1 il ərzində korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib: “Həmçinin 13 milyon 283 min manat dəyərində əmlak üzərinə həbs qoyulub”.