Consonun vəkilləri iddia edirlər ki, qeyd edilən məhkəmə işi Brexitə qarşı çıxanların oyunudur
Tereza Meyi Britaniyanın Baş naziri olaraq əvəz edəcək Boris Conson (Johnson) Brexit haqqında yalan iddialara görə məhkəmə qarşısına çıxa bilər, – “Reuters” xəbər verir.
Hakim çərşənbə günü qərar çıxarıb ki, Conson Britaniyanın Avropa Birliyinin xaricində həftədə 350 milyon funt daha çox qazanacağını ifadə edərək yalan danışıb.
Kampaniya avtobuslarının üzərində təsvir edilən bu rəqəm 2016-cı ildə, Brexit referendumu ərəfəsində "Tərk et kampaniyası"nın uğurlu "nəzarəti geri al" mesajının mərkəzi və mübahisəli hissəsidir.
Müxaliflər iddia edirlər ki, bu rəqəm yanıldıcı olub və britaniyalıların 52% -48% səs çoxluğuyla Avropa İttifaqını tərk etmək üçün səs verdiyi referendumda bölücülüyün simvoluna çevrilib.
Bölgə hakimi Marqot Koulman (Margot Coleman) hökm verib ki, keçmiş Britaniya xarici işlər katibi və Londonun sabiq bələdiyyə başçısı Conson ictimai vəzifədəykən sui-istifadəyə yol verərək, üç cinayət törədib və o, bu iddialara cavab verməlidir.
Londonun Westminster Məhkəməsində yazılı qərarda Koulman ittihamların sübuta yetirilmədiyini söyləyib.
"Bütün müvafiq detalları nəzərə alaraq qeyd edildiyi kimi üç cinayət işi üçün məhkəmə çağırılmalıdır," deyə o bildirib.
"Bu, o deməkdir ki, təklif olunan şübhəli dinləmələr üçün məhkəməyə gəlməlidir və sonrasında məhkəmə işi Cəza Məhkəməsinə göndəriləcək".
Consonun vəkilləri iddia edirlər ki, qeyd edilən məhkəmə işi Brexitə qarşı çıxanların oyunudur və ingilis hüquq tarixində ilk dəfə olaraq siyasi müzakirələri tənzimləmək üçün cəza qanununu istifadə etmək cəhdidir.
"Boris Consonu məhkəməyə çıxarmaq qərarı görülməmiş hadisədir, " Consona yaxın bir mənbə “Daily Mail” qəzetinin siyasi redaktor köməkçisinə deyib.
"Bu, əsrlərdir davam edən ingilis siyasi ənənələrinə qarşı çıxmaqdır və demokratiyamıza xələl gətirir".
Sorğulara görə, sarı saçlı və davranışlarıyla diqqət çəkən siyasətçi Mühafizəkarlar Partiyasının lideri və Baş nazir olaraq Meyi əvəz edəcək 10 bəyan edilmiş namizədin ən önündə gedir.
2016-cı ildəki referendum dövründə Brexiti dəstəkləyən liderlərdən olan Conson Meyin Avropa Birliyi razılaşmasını parlament üç dəfə geri çevirdikdən sonra hökumətdən istefa verib.