Faktla bağlı cinayət işi açılıb
İyulun 9-da səhər saatlarında özünü iplə asaraq intihar etmiş şəxsin kimliyi məlum olub.
Bərdə Rayon Polis Şöbəsindən Ölkə.az-a verilən məlumata görə, intihar edən şəxs 1992-ci il təvəllüdlü rayon sakini Dadaşov Elşad Vaqif oğludur. Polisdən bildirilib ki, mərhum 1992-ci il təvəllüdlüdür, ailəlidir, bir övladı var.
O, özünü Bərdə şəhərindəki Qəhrəmanlıq parkı adlanan ərazidə Tərtər çayı üzərindəki körpüdən asıb.
Faktla bağlı cinayət işi (Cinayət Məcəlləsinin 125-ci maddəsi-özünü öldürmə həddinə çatdırma) açılıb.
İlkin ehtimallara görə E.Dadaşov banka borcu olduğu üçün intihar edib.
Milli.az-ın məlumatına görə, fəhləliklə dolanan gəncin külli miqdarda borcu olması bu ehtimalın yaranmasına səbəb olub.