Rövşən Əsgərov nasizmin reabilitasiyasında ittiham olunur
Rusiyada “Nə? Harda? Nə vaxt?” televiziya proqramının iştirakçısı, jurnalist Rövşən Əsgərova qarşı nasizmin reabilitasiyası ittihamı ilə cinayət işi açılıb.
Məlumatı “RİA Novosti” Rusiyanın İstintaq Komitəsinə istinadən yayıb.
Səbəb R.Əsgərovun aprelin 6-da “Facebook”-da Sovet İttifaqının marşalı Georgi Jukov haqda yazdığı statusudur.
“Almaniyadan qiymətli əşyalar götürən oğru, “stajlı qarətçi” deyir”-R.Əsgərov belə yazıb.
“Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rövşən Əsgərova qarşı Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə başlanmış cinayət işini araşdırır”, – deyə departamentdən bildirilib.
Əgər R.Əsgərov təqsirli bilinərsə, onu 5 milyon rubla qədər cərimə və ya 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
49 yaşlı Rövşən Əsgərov Azərbaycan və Rusiya vətəndaşıdır, əsasən Moskvada yaşayır. 2009-cu ildən “Baku” jurnalının direktorudur.
Jurnalın baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.