”Baku Bus” yenə qəza törətdi – 1 nəfər öldü

Təşvişə düşən avtobus sürücüsü işıqfora doğru hərəkət edib və piyadanı vuraraq 15-20 metr sürüyüb

Source:


Təşvişə düşən avtobus sürücüsü işıqfora doğru hərəkət edib və piyadanı vuraraq 15-20 metr sürüyüb

İyunun 22-də “Baku Bus”un  avtobusu yenidən qəza törədib. ANS PRESS-in məlumatına görə, bu dəfə hadisə “Nizami” metrosu yaxınlığında qeydə alınıb.

Metro yaxınlığında “Baku-Bus”un səlahiyyətində olan “İveco” markalı avtobus yol kənarında dayanan kişini vurub.

Ağır bədən xəsarətləri alan 50 yaşlı Üzeyir adlı kişi Kliniki Tibbi Mərkəzə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisənin şahidi Səhriyar Əli Bayandurlu  öz Facebook səhifəsində qəzanın görüntülərini yayımlayıb. Şahidin Meydan Tv-yə verdiyi məlumata görə, o, hadisə yerinə çatanda artıq təcili yardım maşını orada imiş: “Şahidlərdən öyrəndim ki, avtobus dayanacaqdan hərəkət edən kimi “Mitsubishi Pajero” markalı balaca ciplərdən birinə park halında arxadan dəyib. Qəza nəticəsində “Mitsubishi Pajero”nun arxa şüşəsi və sol işığı (stop fənərləri) tamamilə sınmışdı. Daha sonra təşvişə düşən avtobus sürücüsü işıqfora doğru hərəkət edib və piyadanı vuraraq 15-20 metr sürüyüb. Sonra sürücü qorxaraq hadisə yerindən qaçıb. Yol Patrul Xidmətinin (YPX) əməkdaşı da bizə dedi ki, sürüçü adamların onu döyəcəyindən qorxaraq könüllü Yasamal Polis İdarəsinə gedib”.

Şəhriyar Əli Bayandurlu deyir ki, təcili yardım gələndə yaralının huşu özündə olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Meydan TV-yə bildirib ki, təmsil etdiyi qurum Avropa Oyunları ilə bağlı baş vermiş hadisələrlə əlaqədar məlumat verə bilməz: “Biz əvvəldən belə danışmışıq ki, məlumatı onlar özləri yaya bilərlər. Əgər bu cür hadisə baş versə belə, xəstənin vəziyyətini yalnız Avropa Oyunları Komitəsi açıqlaya bilər”.

Avropa Oyunları Komitəsindən isə bildiriblər ki, baş vermiş hadisədən xəbərsizdirlər.

Ana səhifəXəbərlər”Baku Bus” yenə qəza törətdi – 1 nəfər öldü