Bakıdan Laçına yeni müntəzəm avtobus reysi açılır

Kollaj: Meydan TV

Fevralın 25-dən etibarən Bakıdan Laçına yeni müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, avtobuslar Laçın–Həkəri–Zəngilan yolu ilə hərəkət edəcək. Reyslər hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 08:00-da Laçına, əks istiqamətdə isə saat 16:00-da Bakıya yola düşəcək. Bakı–Laçın reysi üzrə gedişhaqqı 16,10 manat müəyyən edilib.

Marşrut üzrə aralıq məntəqə Zəngilan rayonunun Ağalı kəndidir. Bu istiqamət üzrə gedişhaqqı 13,80 manatdır.

Hazırda sərnişinlər Laçına Bakı–Xankəndi–Laçın müntəzəm avtobus reysi ilə gedirlər. Yeni Bakı–Laçın reysi istifadəyə verildikdən sonra həmin xətt Bakı–Şuşa reysi kimi fəaliyyət göstərəcək və son dayanacaq Şuşa şəhəri olacaq.

Bilet alan Azərbaycan vətəndaşlarına işğaldan azad edilmiş ərazilərə giriş üçün icazə avtomatik şəkildə təqdim olunur.

Ana səhifəSosialBakıdan Laçına yeni müntəzəm avtobus reysi açılır