Bakıda yaşayış binasını sökən tikinti şirkəti ilə bağlı cinayət işi açılıb

Şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, araşdırma aparılır

Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

Bu gün, martın 27-də sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər evlərində ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.

Söküntü işlərinin “Melissa Group” tikinti şirkəti tərəfindən aparıldığı bildirilir.

Hadisə ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də məlumat yayıb və bildirib ki, komitənin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

“Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək”, – məlumatda deyilib.

Ana səhifəXəbərlərBakıda yaşayış binasını sökən tikinti şirkəti ilə bağlı cinayət işi açılıb