Bakıda polis binanı mühasirəyə aldı, saxlanılanlar var (yenilənib)

Daxili İşlər Nazirliyi baş verən hadisə haqqında məlumat yaymayıb.

Source: Specify Source

***


Daxili İşlər Nazirliyi bu gün (DİN) Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 13 saylı binada apardığı əməliyyat haqda məlumat yayıb.


DİN mətbuat xidməti 11 nəfərin saxlanıldığını bildirib:


“İyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər. Buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb. Araşdırmalar əsasında asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər”.


Nazirlik hazırda saxlanılanların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmaların davam etdirildiyini qeyd edib.

***


Karantin rejiminə etiraz edib zibil atanlar cəzalandırılır

İyunun 8-də səhər saatlarında Çevik Polis Alayı əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 13 saylı binanı mühasirəyə alıblar. Bina sakinlərinin sözlərinə görə, polislər bloklara daxil olaraq sakinləri evlərindən zorla aparıblar. Sosial şəbəkədə polisin hərəkəti iyunun 7-də bir neçə gəncin karantin qaydalarını pozarkən saxladıqları zaman mərtəbələrdən etiraz əlaməti olaraq zibil atılması ilə izah edilir.

Bina sakinlərinin Meydan TV-yə neçə nəfərin həbs olunduğunu bilmədiklərini söyləyiblər.

Daxili İşlər Nazirliyi baş verən hadisə haqqında məlumat yaymayıb.

image.png
Çevik Polis Alayı ərazidə
Ana səhifəSiyasətBakıda polis binanı mühasirəyə aldı, saxlanılanlar var (yenilənib)