Azərbaycanda yaşayan xristianlar ən əhəmiyyətli bayramlarından hesab olunan Pasxanı qeyd edirlər. Dini inanca görə, Pasxa – İsa peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra zühur etdiyi müqəddəs gündür.
“Xilaskar” Yevangelik-lüteran kilsəsində təşkil olunan bayram tədbirində Pasxa tamaşası göstərilib. Mərasim iştirakçıları dini inanclarına görə, günah və ölüm üzərində qələbəni qeyd ediblər.
Katolik və protestant İsa Məsihin dirilməsi bayramını Qriqorian təqviminə görə, 9 apreldə qeyd ediblər. Xristianlığın digər məzhəbi provaslavlar üçün isə Pasxa Günü bu il 16 aprelə təsadüf edir.