Fevralın 6-da saat 9 radələrində Binəqədi rayonunda yerləşən “İdrak” liseyində riyaziyyat müəllimi Şəhla Kərimova şagird tərəfindən odlu silahla vurulub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı 10-cu sinif şagirdi saxlanılıb.
Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimə xəsarət yetirib.
Baş Prokurorluq da Bakıda liseydə şagirdin müəllimii güllələməsi ilə bağlı məlumat yayıb.
Bildirilir ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Məsələyə saxlanan şagirdin yaxınları və zərərçəkən tərəfdən münasibət almaq mümkün olmayıb.
Şahidlərin bildirdiyinə görə, hadisə tənəffüs zamanı baş verib. Güllə müəllimənin boyun nahiyəsindən dəyib.
TƏBİB-dən bildirilib ki, 28 yaşlı müəllim Kliniki Tibbi Mərkəzə hospitalizasiya edib:
“Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.
Liseyin rəhbəri Mönsüm Alışov “Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, – deyə bildirib.