Bakıda etiraz aksiyası: yeni saxlanılanlar var (yenilənib)

Foto: Meydan TV

AXCP oktyabrın 24-də saxlanılanların siyahısını yayıb.

Müsavat Partiyasının üzvləri Tofiq Yaqublu, Əziz Məmiyev, AXCP üzvləri Nürəddin Məmmədli, Saqif Qurbanov, Vahid Mirələmli, Faiq Nağıyev, Hüseynağa Məmmədli, Babək Həsənli, Ramid Nağıyev, Mehriban Hüseynli, Qabil Bünyadov, Zamin Salayev, Anar Ərkivan, Baba Süleyman, Fariz Əlizadə, Ülviyyə Əkbərli, Səma Əliyeva, Rəmzi Şıxəliyev, Amil Nəzərov, Cəlal Babayev, Mətanət Turan, Ağababa Cəfərov, Arifə Cəfərova, Ülkər Kazımova, Elnur Quliyev, Xəyyam Şirinov, Elçin Dəmirov, Nata Katamidze, Elxan Əliyev, Rövşən Həşimov,Yeganə Rüstəmova, Tural Tağyev, Tünzalə Əmirova, Orxan Baxışlı, Ramil Məmmədli, Orxan Kamal, Namiq Əkbərov, Könül Əhmədova, Elşən Məmmədov, Pərvin Hacıyev, Tofiq Məmmədov, Cavid İmanquliyev, Gülnarə Rəhimova, Təbriz Qasımov, Murad Tikanlı, Sərvan Əhmədov, İsmayeddin Qasımov, Firəngiz Məmmədhüseynova, Sevda İsmayılova, Şaiq Balakişiyev, Nazilə Kərimova, Gülnar Nəcəfova, Sevil Muradova, Yulət Paşayev, Kəmalə Salehova, Sara Talışxanova, Nazilə Məmmədzadə, Elmira Etibarova, Rövşən Məmmədov, Sevinc Gözəlova, Almaz Səfərova, Sevinc Əliyeva, Bağırov Alim, Həbibov Mehman, Ramiz Kamal, Ədalət Abbasov, Zaur Əhmədov, Mirəli İsmayılov, Rafiq Məmmədov, Ramal Bağırov, Əlizadə Kazımov, Aytən Qasımova, Gülaga Əliyev, Ilham Kəbirli, ADR Partiyasınınü üzvləri Ənvər Ağamalızadə, Dilarə Miriyeva, Gulxanim Rəsulova saxlanılıblar.


Şəhərin mərkəzi ərazilərində “Azadlıq”, “İstefa” şüarları səsləndirilib

Oktyabrın 24-də Bakıda keçirilməsi planlaşdırılan etiraz aksiyasında daha 7 nəfərin polis tərəfindən saxlanıldığı bildirilir. Onlar Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR), Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləridir. Saxlanılanların əksəriyyəti İçəri Şəhər metrostansiyası yaxınlığında polis avtomobillərinə mindirilib. Onların arasında ADR üzvü Dilarə Miriyeva, Müsavat üzvü Tofiq Yaqublu, Elman Quliyev, AXCP-nin Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, AXCP-nin Nəsimi rayon şöbəsinin üzvü Ramiz Kamal və Mətanət Turan da var.

Aksiya iştirakçıları şəhərin mərkəzi ərazilərində “Azadlıq”, “İstefa” şüarları səsləndirib. Hazırda da müxtəlif yerlərdə tək-tək etiraz səsləri eşidilir.

Saxlanılanlardan bəziləri polis zorakılığı ilə üzləşdiklərini, hətta avtomobilə zorla mindirildiklərini bildiriblər.
Polis həmçinin aksiyadan öncə də bəzi fəalları evindən götürüb. Onların içində ADR üzvü Ənvər Ağamalızadə, AXCP üzvü Firəngiz Məmmədhüseynova da var.

Meydan TV screenshot

Ənvər Ağamalızadə səhər saatlarında polis əməkdaşları tərəfindən evindən götürülərək aparılıb.
ADR Partiyasının bu barədə yaydığı məlumatda bildirilir ki, onun hara aparıldığı barədə bilgiləri yoxdur. Partiya Ənvər Ağamalızadənin dərhal azad edilməsini tələb edib.

Saxlanılanlar barədə Daxili İşlər Nazirliyindən (DİN), hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Oktyabrın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyası sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə aksiya keçirməyi planlaşdırıb. Təşkilatçıların müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti Aparatından müsbət cavab verilməyib. Cavab məktubunda buna səbəb kimi aksiyanın elan olunduğu yerin təhsil müəssisələri, metro çıxışı və nəqliyyatın intensiv hərəkət etdiyi yola yaxın olması göstərilib.
Bununla belə, AXCP aksiyanın keçiriləcəyini bəyan edib.

Ana səhifəSiyasətBakıda etiraz aksiyası: yeni saxlanılanlar var (yenilənib)