Bakıda beton hasar uçub, bir hindistanlı ölüb, biri yaralanıb

Source: Meydan TV

Hadisənin Abşeronda zavodda baş verdiyi bildirilir

Azərbaycanda fəhlə işləyən Hindistan vətəndaşlarından biri ölüb, biri isə xəsarət alıb.

Hadisə Abşeron rayonu, Pirəkəşkül qəsəbəsindəki zavodda baş verib.

Yanvarın 13-də səhər saat 08.00 radələrində qəsəbədə külək turbinləri quraşdırılarkən fəhlələrin üstünə beton hasar uçub.

Nəticədə hindistanlı fəhlələr ciddi xəsarət alıb.

Onlar Sumqayıtdakı xəstəxanaya çatdırılıb.

2003-cü il təvəllüdlü Harı Prakashinin həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralı – 1982-ci il təvəllüdlü Thattaru Padikkalın müalicəsi isə xəstəxanada davam edir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma gedir:

“Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır”.

Ana səhifə ▸ Sosial ▸ Bakıda beton hasar uçub, bir hindistanlı ölüb, biri yaralanıb