Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda günahlandırır

Atəşkəsin pozulması. Foto: Meydan TV

Yerevan birgə mexanizmlə bağlı hələ də Bakıdan cavab gözlədiyini deyir

Azərbaycan Ermənistanı atəşkəsi pozmaqda ittiham edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Nazirlik qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüldüyünü qeyd edib.

Amma Ermənistan Müdafiə Nazirliyi xəbəri təkzib edib.

Bildirib ki, Ermənistan silahlı qüvvələrinin Naxçıvanda Azərbaycan mövqelərini atəşə tutması ilə bağlı Bakının məlumatı doğru deyil.

Yerevan bir daha xatırladıb ki, əvvəllər Ermənistanın Baş nazirinin ofisi Bakıya atəşkəs rejiminin pozulması hallarının və ya onlar haqqında məlumatların araşdırılması üçün birgə mexanizm yaratmağı təklif etsə də, Azərbaycan, hələ ki, cavab verməyib.

Ana səhifəSiyasətBakı və Yerevan bir-birini atəşkəsi pozmaqda günahlandırır