Bakı-Quba-Rusiya alternativ avtomobil yolu maydan ödənişli olacaq

Bakı-Quba- Rusiya sərhəd yolunun bu hissəsindən sonra sürücülər əllərini ciblərinə salmalıdırlar. Mayda istifadəyə veriləcək alternativ yol ödənişli olacaq. Ödənişin məbləği hələ dəqiqləşməyib. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədova mətbuata bildirib ki, yeni yol sürətli, hamar, sürücüyə 18 km məsafəyə qənaət etməyə imkan verəcək.
Ödənişli yoldan istifadə etməyə imkanı olmayan şəxslər üçün hazırkı Bakı-Quba-Rusiya yolu nə qədər rahatdır?
2010-cu ildə istifadəyə verilən və dövlət büdcəsinə 630 milyon manata başa gələn Bakı-Quba- Rusiya yolu 4 il keçmədən dağıldı. Amma yol 30 il zəmanətlə tikilmişdi. Mətbuata açıqlama verən “Azərbaycan Avtomobil Yolları“nın İdarə Heyətinin sədri Saleh Məmmədov yolun vaxtında tez dağılmasına səbəb kimi çəkilişində qüsurlara yol verildiyini etiraf edib.
İqtisadçı Elçin Rəşid bildirir ki, dövlət büdcəsinə hazırki yolu təmir etmək alternativ yol çəkməkdən daha ucuz başa gələrdi. O bildirir ki, problemin kökündə investisiyaların qiymətləndirilməsinin, texniki iqtisadi əsaslandırılmasının nə qaydalarının, nə də metodikasının olmamasıdır.
Hər gün iki dəfə Bakı-Quba-Rusiya yolu ilə hərəkət edən sürücülər köhnə yoldan narazı olsa da, yeni yoldan istifadə üçün imkanlara sahib deyil.

Ana səhifəVideoBakı-Quba-Rusiya alternativ avtomobil yolu maydan ödənişli olacaq