Bakı Nəqliyyat Agentliyi icra hakimiyyətinə, tabeliyindəki qurum isə DİN-ə verildi

Foto: BNA

Qurum bundan sonra publik şəxs statusu ilə fəaliyyət göstərəcək

Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib

Prezident İlham Əliyev bununla bağlı fevralın 7-də fərman imzalayıb.

“Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanda qeyd olunur ki, məqsəd Bakının inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobillərilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.

Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət isə Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.

Fərmanda qeyd edilib ki, agentliyin balansında olan və “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsi bir ay müddətində təmin edilməlidir.

Ana səhifəSosialBakı Nəqliyyat Agentliyi icra hakimiyyətinə, tabeliyindəki qurum isə DİN-ə verildi