Bakı-İstanbul-Bakı reysi həyata keçiriləcək

Bakı-İstanbul reysinə Türkiyədə yaşamaq izni olan (və ya səfirlikdən icazə almış) Azərbaycan vətəndaşları və Türkiyə vətəndaşları, İstanbul-Bakı reysinə isə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.

Foto: AZAL

Bakı-İstanbul-Bakı reysi həyata keçiriləcək

Biletlər bu gün satışa çıxarılır

İyunun 17-də və 18-də Azərbaycan Hava Yolları Şirkəti (AZAL) Bakı-İstanbul-Bakı xüsusi reyslərini həyata

keçirəcək

.

Bakı-İstanbul reysinə Türkiyədə yaşamaq izni olan (və ya səfirlikdən icazə almış) Azərbaycan vətəndaşları və Türkiyə vətəndaşları, İstanbul-Bakı reysinə isə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.

Bakıdan olan uçuş üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) akkreditasiya etdiyi laboratoriyada uçuşa 48 saatdan gec olmayaraq COVID-19 testi etdirib və neqativ çıxan sərnişinlər, İstanbul-Bakı reysində isə “Memorial” xəstəxanasında test olunub nəticəsi neqativ çıxanlar buraxılacaq. Bu halda Bakıya çatandan sonra karantinə yerləşdirmə nəzərdə tutulmur. Amma simptomları nəzərə çarpan sərnişinlər əlavə müayinəyə götürüləcəklər.

“Memorial” xəsrəxanasında COVID-19 testi 400 TL-dir. Amma bunun üçün səfirliyin xətti ilə gəldiyinizi deməlisiniz. Əks halda, testin qiyməti 1300 TL-yə başa gəlir. Biletlər bu gün, iyunun 15-də AZAL-ın

sayt

ında satışa çıxarılacaq. Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Bakı-İstanbul reyslərinə Bakı Hava Limanının 1-ci terminalında xidmət göstəriləcək.

Ana səhifəSosialBakı-İstanbul-Bakı reysi həyata keçiriləcək