Baba Rzayev 2018-ci ilin sentyabrında “Azərenerji”nin prezidenti vəzifəsinə gətirildikdən sonra “Azərişıq” ASC-yə xidmət edən şirkətlər də onun arxasınca gəldi. Bu şirkətlərin bir çoxunu onun kürəkəni Fərid Fərhadzadə idarə edir.
2010-2013-cü illərdə təkcə 4 tikinti müqaviləsi üzrə “Azenco” ASC-yə 285,9 milyon manat ödənilib. Uzun illər ölkənin elektrik enerjisi istehsalı obyektlərinin təmir-tikinti işlərində B.Rzayevin sələfi Etibar Pirverdiyevin nəzarəti altındakı “Azenco Group” MMC-nin və onun “Azenco” ASC törəmə şirkətinin inşaatçıları çalışırdılar. 2018-ci ilin iyulunda baş verən və ölkəni qaranlığa qərq edən “enerji kollapsından” sonra onların yerini Baba Rzayevin ailə şirkətləri tutmağa başlayıb. “2018-ci ilin 4-cü rübündə “Azərenerji” ASC müxtəlif xarici və yerli şirkətlərlə 447 müqavilə bağlayıb. Ən çox əməkdaşlıq edilən şirkətlər arasında “Gatdigital” QSC, "Electro İndustries" QSC, "Farcon" MMC, “Caspian Sell" MMC, “Azconstruction” QSC də var”. Qurumun 2018-ci il üzrə fəaliyyət hesabatında belə deyilir. Bu şirkətlərin demək olar ki, hamısı birbaşa və dolayısıyla Rzayevlər klanına bağlıdır.
Sentyabr ayında təyinat qərarından sonrakı 3 ay arzində dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan “Azərenerji” ASC-yə 5 sərəncamla 140 milyon manat, yəni fondun illik büdcəsinin az qala yarısı qədər pul ayrıldı. Bu pullar Enerji Sisteminin Reabilitasiya Proqramının icrasına, “Azərbaycan” İES-in infrastrukturunun təkmilləşdirilməsinə, bir neçə elektrik stansiyasında təmir-bərpa işlərinin görülməsinə və avadanlıqların alınmasına sərf olunacaqdı. Amma enerji istehsalı inhisarçısı nə bu işlərin, nə də ondan sonrakı təmir-tikinti işlərinin görülməsi üçün müsabiqəli satınalmalar təşkil etdi. Başqa sözlə, podratçılarla birbaşa müqavilələr bağlanırdı. Dövlət satınalmaları portalına görə, yeganə istisna 2019-ci ilin yayında 110/35/6 kV-luq “Sumqayıt-3” yarımstansiyasından “Azərsun Holdinq” MMC-nin yağ, plastik və karton zavodlarına 35 kV-luq kabel xəttinin çəkilməsi layihəsi idi. 2 milyon manat dəyəri olan bu layihənin icrası da adı çəkilən şirkətlərdən birinə –
"Electro İndustries" QSC
-yə
tapşırılmışdı
.
"Electro İndustries" QSC “Verdict-Service Company” MMC-nin çevrilməsi yolu ilə 2018-ci ilin sentyabrında yaradılıb. Bu şirkəti 2010-cu ildə hüquqşünas, “Verdikt” hüquq şirkətinin direktoru Aqşin Bayram oğlu Əhmədov 2010-cu ildə təsis edib. Şirkət 2017-ci ildə transformasiya edərək elektrik xətlərinin çəkilişi ilə məşğul olmağa girişənədək fəaliyyəti barədə publik məlumat məhduddur. Elə maliyyə hesabatında da 2017-ci ildə fəaliyyət göstərmədiyi
əks olunub
. 2017-ci ildə isə 337,4 min manat vergi borcu ola-ola “Azərişıq” ASC-nin mühüm layihəsinin icrası üzrə tenderinin qalibi olur. Hərçənd, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyə görə, tenderə qatılan iddiaçıların mühüm maliyyə və vergi öhdəlikləri olmamalıdır. Buna baxmayaraq, “Azərişıq” onunla Hacıqabul və Şamaxı rayonlarında yaradılan 2 aqroparkın elektrik təchizatı sistemini qurmaqdan ötrü 34,2 milyon manatlıq müqavilə bağlayır. 2018-ci ildən bəri “Azərişıq” və “Azərenerji” bu şirkətə daha hansı işləri həvalə etdiyi barədə məlumat vermir.
Əvəzində "Electro İndustries" şirkəti ilə demək olar ki, eyni vaxtda səhmləşdirilən
“Azconstruction” QSC
-nin 2016-2019-cu illərdə təkcə “Azərişıq” ASC-dən ümumi məbləği 133,2 milyon manat dəyərində publik sifarişlər aldığı məlumdur. “Azərişığın” ona tapşırdığı 13 layihə arasında Hövsan və Binə qəsəbələrindəki, Qax, Goranboy, Ucar, Şabran, Biləsuvar və Hacıqabul rayonlarındakı iri əkin sahələrinin, istixanaların və quşçuluq təsərrüfatının xarici elektrik təchizatı xətlərinin tikintisi, “Ağ Şəhər”in və Bakının başqa ərazilərinin enerji təchizatı işləri də var. Görünən həm də odur ki, dövlət hesabına icra olunan bu layihələr şirkətə başgicəlləndirən məbləğlərdə qazanc gətirib. Maliyyə
hesabatına
görə, irihəcmli işlərin tapşırıldığı şirkətin əmlakının dəyəri 130 min manata yaxın olub. Bu kiçik potensialla “Azconstruction” QSC 2018-ci ildə 19 milyon manat xalis mənfəət götürüb. Həmin il şirkətdə 10 manat kapitalı olan səhmdar(lar)a 21 milyon 188,3 min manat dividend ödənilib. 2019-cu ilin əvvəlində şikətin sərəncamında səhm sahiblərinə çatası daha 16 milyon manat pul vardı. 2018-ci il ərzində müqavilələr üzrə 80,7 milyon manat məbləğində gəlir əldə edən bu şirkət dövlət büdcəsinə 4,7 milyon manat, əməliyyat mənfəətinin ondabiri qədər mənfəət vergisi ödəyib.
“Azconstruction” QSC-nin ilk direktoru Aqşin Əhmədovun atası Bayram Əhmədov olub. O, həm də “Azərişıq” ASC-nin 2016-cı ildən bəri daimi tərəfdaşı olan “Gatdigital” QSC-nin rəhbəridir. Bu dövrdə ölkənin elektrik təchizatçısı “Gatdigital” QSC-dən müxtəlif elektrik malları, sayğaclar və sayğac qutuları, dayaq və bünövrələr, işçi geyimləri və s. satın almaqdan ötrü 25 publik müqavilə bağlayıb. Bu müqavilələr üzrə şirkətə 155 milyon manatdan çox vəsait ödənilib. “Azconstruction” QSC kimi “Gatdigital” QSC-nin də hüquqi ünvanı Əhmədovların Bülbülə qəsəbəsindəki mənzilidir. Maraqlıdır ki, bir çox sosial platformada, işədüzəltmə saytlarında, eləcə də qeydə alınmış korporativ domendə (gatdigital.az) bu şirkətlərin adları Rzayevlər ailəsinin şirkətləri ilə kəsişir. İşaxtaranlara gah Baba Rzayevin ailə şirkəti olan “Bakelektro” ASC-nin, gah da “Santral Elektrik Ltd” MMC-nin kadrlar üzrə mütəxəssislərinin elektron poçt ünvanları ilə əlaqə saxlamaq
tövsiyə olunur
. Yaxud, “Azconstruction” QSC-nin baş direktoru Rəşad Əliyev işgüzar yazışmalarda Rzayevlərin şirkətlərinə aid korporativ poçt ünvanından
yararlanır
.
“Azərenerji” ASC ötən ilin oktyabrında 2020-ci ildə müxtəlif işlərin görülməsi üzrə 38 irimiqyaslı layihə üzrə tender təşkil etmək planını açıqlayıb. Hələlik onların heç biri elan edilməyib. Şirkətin idarəetmə aparatı yaxın vaxtlarda Həsən bəy Zərdabi prospektində yerləşən "Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu”nun binasına köçəcək.
Bu binanın 2019-cu ildə başlanan yenidən qurulması Fərid Fərhadzadəyə məxsus “Farcon” QSC-yə tapşırılıb.
F. Fərhadzadə Baba Rzayevin kürəkənidir.
“FF Construston”
MMC 15 il öncə yaradılıb. Hüquqi ünvanı F.Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir. Mənzildə həm də onun atası – Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Fəradov yaşayır.
2018-ci ilin iyununadək indiki “FF Construction” MMC “Fərqli Fikir” MMC adlanırdı, tikinti fəaliyyəti ilə yanaşı, boya satışı ilə də məşğul idi. Şirkət indiyədək “Ağ Şəhər-1”, 110/35/6 kV BMKZ və “Koroğlu” yarımstansiyalarının inşasında
iştirak edib
. “Azərişıq” QSC-nin Bakıdakı səkkizmərtəbəli yeni inzinati binası da onun sifarişilə layihələndirilib. “Fərqli Fikir” MMC başqa dövlət və özəl şirkətlərindən də müxtəlif sifarişlər alıb. Onun 2012-ci qalib gəldiyi tenderlərdən biri də “Əsas yerüstü peyk idarəetmə mərkəzinin binalarının şüşələnməsi və metal işləri”nin icrasıdır. Bu layihədə iştiraka görə “Azərkosmos” ASC ona 1 milyon 559,9 min manat ödəyib.
FF Şirkətlər Qrupuna Azərbaycandan kənarda fəaliyyət göstərən
“Magnum Ltd”
(RF, Moskva, 2017-ci il),
“FF Group”
MMC (Qazaxıstan, 2016),
“FF Grup İnşaat Sanayi ve Ticaret A.Ş”
(Türkiyə, 2015),
“FF Group Georgia”
(Gürcüstan, 2017),
“Nikel Metal”
MMC (Bakı, 2008),
“Nikel Metal”
MMC (Qazaxıstan, 2013) şirkətləri daxildir. «Magnum Ltd» şirkətinin təsisçisi F. Fərhadzadədir. Bakıda əlvan metallardan hazırlanan tikinti materiallarının satışı ilə məşğul olan “Nikel Metal” MMC-ni o, türk iş adamı Musa Koçerlə birlikdə yaradıb. Qrupun İstanbul və Tbilisidəki qollarının təsisçisi kimi Ayaz Üzeyir oğlu Soltanov
təqdim olunur
. Rəsmi sənədlərə görə, A. Sultanov həm də 2020-ci ilin fevral ayında Türkiyədə təsis olunan
“Alufar Alüminyum Sanayi ve Ticaret Limited”
şirkətinin sahibidir. Azərbaycanda isə
“
Alufar
”
MMC
2017-ci ildə yaradılıb. Alüminiumdan sənaye və mebel profilləri, mebel aksessuarları və fasad sistemləri satışı ilə məşğul olan bu şirkət elektrik avadanlıqları istehsal edən “GBS” şirkəti ilə eyni ünvanı paylaşır. Həm “Alufar” MMC-yə, həm də “FF Şirkətlər Qrupu”nun baş şirkəti olan “FF Construction” MMC-yə Ayaz Soltanov rəhbərlik edir. Baba Rzayevin ailə mülkiyyətində olan
“Zirə Aqrorark”
MMC-nin direktoru da odur.
2018-ci ildə Bakıda “MIRAS” ticarət nişanını
qeydə aldıran
“FF Construction” MMC Birləşmiş Ərəb Əmirliklərində
“Miras Grobal Trading FZE”
şirkətini yaradır. Baş ofisi Ember Gem Tower-in (Ajman Əmirliyi) 12-ci mərtəbəsində yerləşən şirkət Çin, Türkiyə və Gürcüstanda LED texnologiyası əsasında işıqlandırma sistemləri istehsal etdiyini
açıqlayır
. 2019-cu ilin aprelində isə BƏƏ-dəki bu şirkətin iştirakı ilə Floridada (ABŞ)
“2403 Trust LLC”
şirkəti
qurulub
. “Miras” şirkətinin korporativ internet səhifəsini (mirasglobal.com) F. Fərhadzadə sifariş verib.
Fərid Fərhadzadə BƏƏ-də təkcə elektrik malları ticarəti ilə deyil, həm də oradan Azərbaycana xurma və Şərq şirniyyatı idxalı ilə məşğuldur. Rəhbərlik etdiyi
“Riqalo” MMC
2005-ci ildən bəri Bakıda “
Bateel
” mağazasında eyniadlı marka ilə geniş çeşiddə şirniyyat satır.
Amma Bakıda elektrik kabel və naqilləri istehsal edən “
GökNur Bakı Ltd”
şirkətinin baş icraçı direktoru Fərid Fərhadzadənin əsas şakəri ölkənin elektrik təsərrüfatıdır. Onun, eləcə də Baba, Emin və Rahib Rzayev qardaşlarının idarə etdikləri şirkətlərlə eyni ünvanda daha bir neçə tikinti və təchizat şirkəti (
“Electro Service” QSC
və
“Electro Construction” QSC –
ilk adı
“Verdikt Construction” MMC
) yerləşir. Təkcə “Electro Service” QSC 2019-cu ildə “Azərişıq” ASC-yə 10,6 milyon manatlıq elektrik sayğacı, elektrik malları və aksessuarları satıb.
“Azərişıq” ASC-nin tender yolu ilə seçdiyi təchizatçılardan biri də
“Lazer Elektro” MMC
-dir. Dövlət satınalmaları portalına görə, 2016-2017-ci illərdə tərəflər ümumi dəyəri 47,6 milyon manat olan 16 müqavilə bağlayıblar. Şirkətin direktoru Ayaz Qasımov həm də “Santral Elektrik Ltd” MMC-də çalışır.
Bəs bu ailənin elektrik təshizatına xidmət sektorunda inhisarçı mövqeyini qoruyub saxlamağa şərait yaradan əsas amil nədir? Məsələ ondadır ki, burada çoxillik təcrübədən irəli gələn işgüzar keyfiyyətlərlə yanaşı, Baba Rzayevin şəriklərinin kimliyi də mühüm rol oynaya bilər. Onun “Santral Elektrik Ltd” şirkətində ortağı Nərminə Həsənovadır. N.Həsənova Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənovun qızı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun həyat yoldaşıdır.
Baba Rzayevin ailəsi həm də kənd təsərrüfatı, emal sənayesi (zeytun, zeytun yağı və konservləri)
müəssisələrini
və Zirə qəsəbəsindəki Mədəniyyət Mərkəzi-Eko
Parkı
, ticarət obyektərini (“Zirə bio market”), “Mayak” istirahət mərkəzini, “Fazenda” restoranını idarə edirlər.
2018-ci ilin sonunda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və qurumun Bakının Yasamal rayonunda yaradılan ilk "DOST" mərkəzini bina ilə təmin etmək üçün Fərid Fərhadzadə ilə icarə müqaviləsi imzalanıb. Ümumi sahəsi 3,7 min kvadratmetr olan 5 mərtəbəli binanın beş illik icarəsindən ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona 4 milyon 874,7 min manat ödəyəcək.