Bəşir Süleymanlıya təcridxanada təzyiq edildiyi bildirilir

Bəşir Süleymanlı. Foto: Gülzar Məmmədli

Hüquq müdafiəçisi, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının saxlanıldığı Bakı İstintaq Təcridxanasında təzyiqlərə məruz qaldığı deyilir.

Bu barədə vətəndaş cəmiyyətinin üzvü Zöhrab İsmayıl Meydan TV-yə məlumat verib.

Onun sözlərinə görə Süleymanlının saxlanıldığı kameraya psixi problemləri olduğu güman edilən şəxs yerləşdirilib.

Bəşir Süleymanlı həmin məhkumun məqsədli şəkildə və ona təzyiq üçün onun saxlandığı kameraya gətirildiyini deyir. O, hər an təxribatla üzləşə biləcəyini ehtimal edir. Təzyiqlərin səbəbi isə onun ictimai fəaliyyətinə görə həbs edilməsi və siyasi məhbus olmasıdır”, – deyə Zöhrab İsmayıl bildirib.

Zöhrab İsmayıl qeyd edib ki, həmçinin Bəşir Süleymanlının yaxınları ilə zənglərinə də məhdudiyyət qoyulub. 

Bəşir Süleymanlının yaxınları ilə zənglərinə də məhdudiyyət qoyulub. Ötən bazar günü Bəşir Süleymanlının zəng günü olsa da, ona bu şərait yaradılmayıb. Bu da təzyiqlərin bir tərkibi olduğu güman edilir”, – deyə o bildirib.

Zöhrab İsmayıl bildirib ki, Bəşir Süleymanlı ona edilən təzyiqlərə və ehtimal edilən təxribatlara görə, ölkə ictimaiyyətinə, Ombudsmana, Avropa İttifaqının Bakı nümayəndəliyinə, xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət edərək məsələni diqqətdə saxlamağı xahiş edib.

Bəşir Süleymanlı 2025-ci ilin martında qeyri-hökumət təşkilatlarına (QHT) qarşı başlanmış cinayət işi çərçivəsində həbs edilib.

O, Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193- 1.2.3-cü və 193-1.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Ana səhifəSiyasətBəşir Süleymanlıya təcridxanada təzyiq edildiyi bildirilir