Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi bildirilir
Yanvarın 8-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də ölümlə nəticələnən hadisənin baş verdiyi deyilir. Bildirilib ki, QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev yayılan məlumatı Meydan TV-yə təsdiqləyib.
O, faktla bağlı araşdırma aparıldığını söyləyib.