Azərbaycan ordusunun əsgəri həlak olub

Açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Seymur Eldar oğlu Ələsgərov həlak olub.

Foto: Müdafiə Nazirliyi


Müdafiə Nazirliyi: “Cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozub. Açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Seymur Eldar oğlu Ələsgərov həlak olub.

Məlumatı Azərbaycan

Müdafiə Nazirliyinin Mətbuat Xidməti

yayıb.

Bildirilir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.


“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

2019-cu il dekabrın 5-də yaydığı ən son statistikaya görə, ötən il Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 46 hərbi qulluqçu ölüb. Onlardan 9 nəfəri döyüş, 37 nəfəri isə qeyri-döyüş itkisidir.

İnstitut statistikanı Azərbaycan mətbuatının monitorinqi və digər mənbələrdən (əsgər ailələri, ehtiyatda olan ekspertlər, QHT-lər və s.) əldə etdiyini bildirib.

Məlumatda qeyd edilib ki, Silahlı Qüvvələrin 9 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa, 4 hərbçi xəstəlik nəticəsində, 3 nəfərin isə bədbəxt hadisədən (donvurma və elektrik vurması) ölüb:

“12 nəfər naməlum hadisə səbəbindən, 7 nəfər ölümcül hadisələrdən (avto-qəza), 4 nəfərsə mina-mərmi partlayışından həlak olublar. 2 nəfər ehtiyatsızlıqdan, 1 nəfər qeyri-nizamnamə hadisəsindən ölüb, 2 hərbçi intihar edib. Daha 1 nəfər sərhəd pozucuları ilə atışmada həlak olub. Bir hərbçi baş vermiş təyyarə qəzasında həlak olub”.

İnstitutun məlumatına görə, ölənlərin 24 nəfəri əsgər, 3 nəfəri gizir, 2 nəfəri kiçik çavuş, 12 nəfəri zabit, 5 nəfər isə müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu olub. Bunların 40 nəfəri Müdafiə Nazirliyinin, 6 nəfər isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olublar.

Ana səhifəSiyasətAzərbaycan ordusunun əsgəri həlak olub