Hazırda 2 nəfər xəstəxanadadır
Aprelin 28-də “Azersun Sənaye Parkı”nda baş verən yanğında xəsarət almış 9 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.
Məlumatı TƏBİB yayıb.
Bildirilir ki, hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur.
“Yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub”, – məlumatda qeyd olunub.