“Azərlotereya”nı bundan sonra Türkiyə şirkəti idarə edəcək

İqtisadçı bildirir ki, ictimai maraqlar baxımından belə səmərəsiz, özəl şirkət kimi daha çox şəxsi cibə işləyən şirkəti dövlət elə idarəetməyə versə yaxşıdır

Source: Specify Source


İlham Əliyevin bununla bağlı sərəncam imzaladığı bildirilir

Türkiyənin “Dəmirörən Şans Oyunları Yatırımları AS” adlı dövlətə məxsus şirkət bundan sonra “Azərlotereya” şirkətini də idarə edəcək.



Bloomberg

” yazır ki, yanvarın 16-da Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam da imzalayıb. Sərəncama əsasən, “Dəmirörən Şans Oyunları Yatırımları AS”-nin törəmə şirkəti olan “YMT Sans BV” növbəti 5 ay ərzində “Azərlotereya”-nı idarə etməyə başlayacaq.

Xəbərdə deyilir ki, Azərbaycan dövlət və özəl tərəfdaşlıq yolu ilə oyun sənayesini inkişaf etdirmək üçün investisiya və yeni texnologiya cəlb etməyə çalışır.

İstanbulda yerləşən “Dəmirörən” və onun İtalyadakı ortağı “Sisal SpA” həmçinin, 2019-cu ildə Türkiyənin milli lotereyası olan “Milli Piyango”-nu idarə etmək üçün elan edilmiş tenderi də qazanıb.

İqtisadçı Rövşən Ağayev deyir ki, Türkiyənin "Dəmirörən" şirkətinin idarəçiliyinə verilən "Azərlotereya"nı Türkiyənin Milli Piyango İdarəsinin fəaliyyətilə müqayisə edəndə görünür ki, illərdir Azərbaycanda dövlətin lotereya fəaliyyətinin nəticələrindən dövlətə sadəcə qəpik-quruş ödənib:

796670BF-09D4-4B9E-8FDC-30260A5EDA8D_w1200_r1_s.jpg
Rövşən Ağayev

“Müqayisəyə baxın özünüz nəticə çıxarın. Türkiyənin Milli Piyango İdarəsinin 2019-cu üzrə hesabatına görə, şirkət satışdan əldə etdiyi ümumi gəlirdən uduş fondu xərcləndikdən sonra yerdə qalan 1.744 mlrd. lirənin 1.438 mlrd. lirəsini və ya 82,5 faizini müxtəlif vergilər (ƏDV, mənfəət, dividend, şans oyunları vergisi və s.) formasında Xəzinəyə köçürüb. "Azərlotereya" isə 2019-da uduş fondundan sonra yerdə qalan 25.1 mln. manatlıq gəlirin cəmi 4,965 mln. manatını və ya cəmi 20 faizini Xəzinəyə köçürüb”.

İqtisadçı bildirir ki, ictimai maraqlar baxımından belə səmərəsiz, özəl şirkət kimi daha çox şəxsi cibə işləyən şirkəti dövlət elə idarəetməyə versə yaxşıdır:

“Amma idarəetməyə verilmənin şərtləri, formaları da bir ayrı mövzudur”.

Siyasi şərhçi Şahin Cəfərli isə deyir ki, "Azərlotereya"nın idarəçiliyinə verildiyi şirkət Yıldırım Dəmirörənə məxsusdur. O, Türkiyə biznes və idman dünyasının məşhur simalarından biridir:

“İllər öncə Türkiyədə belə söz-söhbət dolaşırdı ki, atası, mərhum Ərdoğan bəy Yıldırımın idarəçilik qabiliyyətlərinə inanmadığı üçün ailə şirkətlərinə zərər verməsin deyə oğlunu məşğul edəcək bir iş axtarırmış, nəticədə "Beşiktaş" klubu yönəticiliyinin bunun üçün ən uyğun sahə olduğuna qərar verərək əvvəlcə onun klub Yönətim Kurulunun (İdarə Heyəti) üzvü, sonra isə prezident seçilməsinə kömək edib. Yəni olan "Beşiktaş"a olub”.

Şahin Cəfərli
Şahin Cəfərli

Şahin Cəfərli deyir ki, şirkətlər xilas oldu, amma "Beşiktaş" Dəmirörənin dövründə batdı:

“Türkiyə futbolunu izləyənlər BJK tərəfdarlarının "Yetər, Dəmirörən, yetər!" – deyə, aylarla tribunaları inlətdiyini xatırlayar. Sonra o, Türkiyə Futbol Federasiyasının prezidenti oldu və türk futbolunu batırdı. Daha sonra "Hürriyet" və "Milliyet" kimi türk mətbuatının ən öndə gedən qəzetlərini Aydın Doğandan aldı, bu qəzetləri də batırdı. Bir sözlə, qazandığı savaş yoxdur”.

Şahin Cəfərli deyir ki, Yıldırım Demirörən son illər sırf prezident Rəcəb Tayyib Ərdoğanla yaxınlığına görə irəli gedib:

“TFF prezidentliyi kreslosu, Doğan Media Qrupu, "Milli Piyango", "İddaa" kimi dövlət şirkətləri məhz bu yaxınlığa görə Yıldırım bəyə verilib "Azərlotereya" da o cümlədən…”.

20162.jpg
Yıldırım Dəmirörən
Ana səhifəİqtisadiyyat“Azərlotereya”nı bundan sonra Türkiyə şirkəti idarə edəcək