“Azərenerji”nin Prezidentinə şiddətli töhmət verilib

Foto: Meydan TV

Əli Əsədov Balababa Rzayevlə bağlı sərəncam imzalayıb

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.

Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Balababa Rzayev 2018-ci il sentyabrın 4-dən “Azərenerji”nin Prezidentidir.

Ana səhifəSiyasət“Azərenerji”nin Prezidentinə şiddətli töhmət verilib