“Çək” adlanan rok mahnısına çəkilən klipdə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 8 və 19 oktyabrda keçirilən mitinqlərində polis zorakılığı, kütləvi həbslər əks olunan kadrlardan istifadə olunub.
Camal Əlinin 2016-ci il dekabrın 31-də “YouTube”da paylaşdığı “Heykəl Baba” (Censored) adlı müsiqi
videosu
ifaçının anası və qohumlarının polis tərəfindən saxlanmasına səbəb olmuşdu.
Klip ölkə rəhbərliyini gənc fəallara qarşı söz və ifadə azadlığının pozulmasına, təqiblərə son qoyulmasına qarşı çağırışdır.
Camal Əli 1987-ci ildə Bakıda doğulub. 2007-ci ildə H.O.S.T rep qrupunun üzvü olub. 2008-ci ildə qrupu tərk edib. 2012-ci ilin martın 17-də Bakıda hakimiyyət əleyhinə olan mitinqdə iştirak edərkən polis tərəfindən saxlanılıb və10 sutka həbs olunub.
Hazırda Berlində yaşayır.