Azərbaycanlı pianoçunun Moskvada növbəti konserti olacaq

Riad Məmmədov və onun caz triosu dörd konsertdə XX əsr musiqisinin tarixindən söz açacaq

Source: google


Riad Məmmədov və onun caz triosu dörd konsertdə XX əsr musiqisinin tarixindən söz açacaq

Pianoçu Riad Məmmədov Moskvada konsert proqramı ilə çıxış edəcək.

Konsert fevralın 26-da Moskva Dövlət Universitetinin Nəbatat bağında olacaq. Riad Məmmədov və triosunun ifasında “Min bir gecə“dən dörd nağıl” silsiləsindən ikinci konsertin premyerası olacaq.

Riad Məmmədov və onun caz triosu bu dörd konsertdə XX əsr musiqisinin tarixindən söz açır.

“İran şahı Şəhriyarla zövcəsi Şəhrizad haqqında “Min bir gecə” nağılı çərçivəyə salınmış povest prinsipi üzərində qurulub və məzmununa yeni müstəqil mətnlər daxil etməyə imkan verir. Biz silsilə konsertlərimizin təşkilində bu prinsipdən istifadə edirik. Musiqi dili ilə danışacağımız dörd nağılda, bəstəkar və ifaçıların yeni musiqinin yaranmasıyla bağlı hisslər, şəxsi əhvalatları və təəssüratları əks olunacaq”, – pianoçu bildirib.

Riad Məmmədov Belçika, Kanada, Fransa, Rusiya və Azərbaycanda beynəlxalq festivallara qatılıb.

Teodor Kurentzisin “MusicAeterna” orkestrinin, Kanadanın “Niagara Silkway” kamera orkestrinin”, “Münchner Philharmoniker” və digər orkestrlərin müşayiəti ilə çıxış edib.

Həm də pedaqoji fəaliyyətlə məşğul olan pianoçu, Azərbaycanın müasir musiqi sənətində janrların sistemləşdirilməsi üzrə elmi məqalələrin və yazıların müəllifidir.

Ana səhifəMədəniyyətAzərbaycanlı pianoçunun Moskvada növbəti konserti olacaq