Azərbaycanlı pianoçu konsert verib

Konsert ən məşhur əsərlərdən parçaların Murad Hüseynovun, Əməkdar artist Sahib Paşazadənin (tarzən), Cavad Tağızadənin (skripka) və Seymur Həsənsoyun (akkordeon) ifası ilə başa çatıb

Source: Foto: Meydan TV


Murad Hüseynov “Rumın rəqsləri” əsərini skripka ifaçısı-dirijor Cavad Tağızadə ilə birlikdə təqdim edib

Xalq artisti, pianoçu Murad Hüseynov Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib.

Pianoçu tanınmış bəstəkarlar Klod Debüssinin “Ay işığı”, Robert Şuman və Ferens Listin “İthaf”, Moris Ravelin “Sonatina”, Fredirik Şopenin “Noktürn”, “Polonez”, “Vals”, Vasif Adıgözəlovun “Prelüdiya”, Adil Bəbirovun “Prelüdiya-Skterso” əsərlərini səsləndirib.

Xalq artisti Murad Hüseynov Bela Bartokun fortepiano və skripka üçün “Rumın rəqsləri” əsərini skripka ifaçısı-dirijor Cavad Tağızadə ilə birlikdə təqdim edib.

Konsert ən məşhur əsərlərdən parçaların Murad Hüseynovun, Əməkdar artist Sahib Paşazadənin (tarzən), Cavad Tağızadənin (skripka) və Seymur Həsənsoyun (akkordeon) ifası ilə başa çatıb.

Ana səhifəMədəniyyətAzərbaycanlı pianoçu konsert verib