Azərbaycanla şübhəli əlaqələri olduğu bildirilən deputatın toxunulmazlığı qaldırıldı (Yenilənib)

Qanunverici orqanın səhər toplantısında AfD parlament qrupunun rəhbəri Alexander Gaulandın da toxunulmazlığı qaldırılıb.

Source: google


Hazırda Strenzin ofisində axtarış aparıldığı deyilir

Almaniyada Bundestaq Meklenburq-Vorpommern torpağından CDU millət vəkili Karin Ştrenzin toxunulmazlığının qaldırılması üçün səs verib, – “Focus” xəbər verir.

“Məsələnin arxa planı hələ də bəlli deyil,” – NDR yayınladığı xəbərdə vurğulayıb.

Artıq bir neçə aydır ki, 52 yaşlı Ştrenzin Azərbaycanla şübhəli işgüzar münasibətlərinin olduğu bildirilir və bu səbəbdən alman millət vəkili ictimai qınağa səbəb olub.

Qanunverici orqanın səhər toplantısında AfD parlament qrupunun rəhbəri Alexander Gaulandın da toxunulmazlığı qaldırılıb. Bundan başqa, keçmiş parlament üzvü Eduard Lintnerə məxsus obyektlərdə reyd keçirilib.

«Bild» qəzeti yazıb ki, Ştrenz və Linter Azərbaycandan lobbiçiliklə bağlı rüşvət almaqda şübhəli bilinir. Onlar həm də çirkli pulların yuyulmasında günahlandırılırlar.

NDR 1 Radio MV-nin verdiyi məlumata görə hazırda deputatların ofislərində axtarış aparılır.

Keçən il Bundestaq Strenzi 20,000 avro məbləğində cərimə etmişdi. Səbəb olaraq Avropa Şurası Parlament Assambleyasının üzvü kimi onun “avtoritar Qafqaz Respublikası olan Azərbaycanda rüşvət ilə bağlı qalmaqalda iştirakı” göstərilir, – “Focus” belə deyib.

Yüzlərlə huquq-mühafizə orqanı əməkdaşı 16 məkanda axtarış aparıb. Müstəntiqlərin verdiyi məlumata görə, axtarışlar Ştrenzin Bundestaqdakı iş otağında, yaşadığı mənzildə, eləcə də digər mənzillərdə, Berlin, Bavaria və Belçikada yerləşən hüquq firmalarında həyata keçirilib.

İttihamlar siyasətçilərin Avropa Şurası parlament Assambleyasında (AŞPA) işlədikləri dövrlə bağlıdır. Ştrenzin AŞPA-da Azərbaycanın lehinə davranışları müqabilində 22 min avro əldə etdiyi deyilir.

Daxili İşlər Nazirliyində keçmiş dövlət katibi vəzifəsini icra etmiş Lintnerə qarşı ittihamlar isə daha ağırdır. Onun 2008-ci ildən 2016-cı ilə qədər Britaniya şirkətlərinin Baltik ölkələrində yerləşən hesablarına Azərbaycandan 4 mln. avro qəbul etdiyi bildirilir.

Lintner deyib ki, məqsədi özünə düşən pul mükafatını götürəndən sonra qalan məbləği AŞPA-nın digər deputatları arasında bölmək olub. Həmin deputatlar bunun qarşılığında mediada Azərbaycanda keçirilən prezident seçkiləri haqqında müsbət açıqlamalar veriblər. Parlament Assambleyası insan hüquqları və azadlıqlarını qorumaq öhdəliyi daşıdığı halda, həmin deputatlar məqsədli şəkildə Azərbaycanda olan siyasi məhbusların azadlığa buraxılmasının əlehinə çıxışlar ediblər.

Rüşvət ittihamı ilə bağlı araşdırma isə daha öncədən başlamışdı. Avropa Şurasından olan müstəqil ekspertlər 2018-ci ildə Lintner və Ştrenzin korrupsiya əməllərinə yol verdiklərini müəyyənləşdirmişdilər. Həmin hesabatda Lintner Azərbaycanın əsas lobbiçisi kimi təqdim edilirdi.

Ana səhifəSiyasətAzərbaycanla şübhəli əlaqələri olduğu bildirilən deputatın toxunulmazlığı qaldırıldı (Yenilənib)