“Azərbaycanın sərhədlərini açması məsləhət deyil”

Azərbaycanda koronavirusa yoluxma durumuna gəlincə, xanım Harmancı bildirib ki, xəstələrin sayının artıb sonradan azalması göstəricilərinə baxdıqda artan vaxt pik həddin olduğunu deməyə əsas verir.

Source: google


“Karantin rejimi yumşaldılsa yenidən virusa yoluxmanın artması riski yarana bilər”

“Azərbaycanın sərhədlərini açması məsləhət deyil. Çünki qonşu ölkələrdə vəziyyət elə də yaxşı deyil”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı aprelin 24-də keçirdiyi online brifinqdə deyib.

Hande Harmancı hökumətlərin sərhədlərini açmaqla bağlı onlarla müzakirələr apardığını deyib:

“Bu məsələdə əsas hədəf ölkələrin bir-birinə güvənməsidir. Misal olaraq, bir ölkə virusla ciddi mübarizə tədbirlərinin aparıldığını əsas gətirir, ancaq qonşu ölkələrdə vəziyyət elə də yaxşı deyil. Ona görə də hələ sərhədlərin açılması məsləhət deyil. Gərək hər iki ölkədə vəziyyət stabil olsun”.

Azərbaycanda koronavirusa yoluxma durumuna gəlincə, xanım Harmancı bildirib ki, xəstələrin sayının artıb sonradan azalması göstəricilərinə baxdıqda artan vaxt pik həddin olduğunu deməyə əsas verir.

“Bu, aprel ayının göstəricilərinə uyğun səsləndirilə bilər. Amma yenə də dəqiq nəsə demək doğru olmaz. Məsələ ondadır ki, Azərbaycanda hələ də koronavirusa yoluxma halları bitməyib. Əgər karantin rejimi yumşaldılsa yenidən virusa yoluxmanın artması riski yarana bilər. Ona görə də əhali qaydalara ciddi əməl etməlidir. Hələ ki, vəziyyəti nəzarət altına ala bilmişik”.

Aprelin 24-ə olan vəziyyətə görə, Azərbaycanda 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114 min 410 test aparılıb.

Ana səhifəSosial“Azərbaycanın sərhədlərini açması məsləhət deyil”