Azərbaycanın real iqtisadiyyat üzrə reytinqi düşüb

Ölkə 189 ölkə arasında 80-ci pillədədir

Source:

Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) illik “Doing Business-2015” reytinqi hazırlayıb. Azərbaycan 189 ölkə arasında 80-cidir (ötən illə müqayisədə 10 pillə geriləmə). Azərbaycanın siyahıda “qonşuları” Fici və Trinidad və Tobaqodur. Keçmiş SSRİ məkanı ölkələrindən Gürcüstan 15-ci, Estoniya 17-ci, Latviya 23-cü, Litva 24-cü pilləni tutur.

Ermənistan 45-ci, Belarus 57-ci, Moldova 63-cü, Qazaxıstan 77-ci, Ukrayna 96-cı, Özbəkistan 141-ci, Tacikistan 166-cı yerdə qərarlaşıb.

Resurs (

http://russian.doingbusiness.org/~/media/GIAWB/Doing%20Business/Documents/Annual-Reports/English/DB15-Full-Report.pdf

) hesab edir ki, Azərbaycan biznes qeydiyyatı üzrə vəziyyətini yaxşılaşdırıb –12-ci yer. Hesabatda deyilir ki, Azərbaycan vergi uçotunun onlayn qeydiyyatına elektron imzaların alınması üçün vaxta qənaət edilməsi ilə biznesin açılması prosesini asanlaşdırıb. Biznesin açılması, mülkiyyətin qeydiyyatı və vergilərin ödənişi sahəsində dəyişikliklər həyata keçirərək ən çox sayda islahatlara görə ölkələrin onluğuna daxil olub.

Azərbaycan vergilərin ödənişi – 33, tikintiyə icazələrin alınması – 150, kreditləşdirmə – 104, müflisləşmənin həlli – 94, müqavilələrin icrasına təminat – 31, investorların hüquqlarının müdafiəsi – 51, elektrik təchizatı sisteminə qoşulma – 159-cu yer.

Azərbaycan beynəlxalq ticarət üzrə 166-cı yerə yüksəlib.

Amma tikintiyə icazə üçün 28 prosedur və 9 ay tələb olunur. Bu sahədə ölkə 180-cidir (bir il əvvəl 179-ci).

1 yanvar 2014-cü il üçün ölkədə 465 min 830 sahibkarlıq subyekti olub. Hər 4 müəssisənin üçündə işçi sayı gizlədilir.

Ən populyar sahə kiçik ticarətdir –69,6%. Ardınca nəzliyyat (10,1%), otel biznesi gəlir – 3,5%.

“Biznesin aparılması-2015” məruzəsi artıq 12-ci dəfədir tərtib olunur və 189 ölkəni əhatə edir.

Reytinq cədvəlinə Sinqapur, Yeni Zelandiya, Honkonq öncüllük edir.

Sıfır xalı olan ölkələr də siyahıya daxil edilib.

Ana səhifəXəbərlərAzərbaycanın real iqtisadiyyat üzrə reytinqi düşüb