“Sabah” Bakıda, “Zirə” isə səfərdə qələbə qazanıb
Azərbaycanın “Sabah” və “Zirə” komandaları avqustun 1-də UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarını keçiriblər.
“Sabah” səfərdəki ilk matçda 3:0 hesabı ilə məğlub etdiyi İsrailin “Makkabi” (Hayfa) komandasını qəbul edib. Masazırda keçirilən görüş 120 dəqiqə çəkib və qapılara 9 qol vurulub – 3:6. Ümumi hesab bərabər olduğundan, oyunun taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Penaltilərdə daha dəqiq olan “Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.
“Zirə” isə Slovakiyada “Dunayska Streda” klubunun qonağı olub. Bir həftə əvvəl Bakıda keçirilən ilk oyunda Azərbaycan təmsilçisi 4:0 hesablı qələbə qazanmışdı. Cavab matçı da “Zirə”nin qələbəsi ilə yekunlaşıb. Səfərdə 2:1 hesablı qələbəyə sevinən komanda, “Sabah” kimi Konfrans Liqasında növbəti mərhələyə çıxıb.
Azərbaycanı Konfrans Liqasında təmsil edən daha bir klub – “Sumqayıt” Macarıstanın “Fehervar” komandasına iki oyunun nəticəsinə görə uduzaraq (1:2, 0:0), turnirin 2-ci təsnifat mərhələsində mübarizəni dayandırıb.