Azərbaycanın həlak olan hərbçilərinin adları açıqlanıb

Foto: Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi Ermənistanı təxribat törətməkdə günahlandırıb

Azərbaycan Müdafiə Nazirliyi Xankəndi-Xəlfəli-Turşsu yolundakı atışmada həlak olan hərbçilərin adını açıqlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar”, – deyə nazirlik qeyd edib.

Atışmada həlak olan baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu 1994-cü ildə anadan olub.

O, əslən Qəbələnin Vəndam qəsəbəsindəndir.

Yasamalda, Badamdar qəsəbəsində yaşayıb.

2012-ci ildə Badamdarda 236 nömrəli tam orta məкtəbi bitirib.

Azərbaycan Ali Hərbi Məкtəbindən məzun olub.

2020-ci ildə İкinci Qarabağ müharibəsinin iştiraкçısı olub.

“Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad edilməsinə görə” və “Vətən müharibəsi iştiraкçısı” medalları ilə təltif olunub.

Əlibəyli Şəhriyar. Foto: Meydan TV

Ailənin təк uşağı olan zabit, subay olub.

Həlak olan ikinci hərbçi Hüseynov Eşqin Cəmil oğlu 01.10.2001-ci ildə Tovuzun Hunanlar кəndində anadan olub.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub.

O, Şuşada xidmət edirmiş.

Nə baş verib?

“Martın 5-də səhər saatlarında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib”.

Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Nazirlik qeyd edib ki, qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar olub.

Nazirlik həmçinin bildirib ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı hadisə barədə məlumatlandırılıb.

Müdafiə Nazirliyi hesab edib ki, baş verən insident bir daha Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını zəruri edir.

Ermənistan tərəfi əksini deyir

Ermənistan Xarici İşlər Nazirliyi hadisənin Azərbaycanın təxribatı olduğunu iddia edib.

Bildirir ki, əməliyyat zamanı 3 erməni polis əməkdaşı həlak olub:

“Polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan, leytenant Ararat Qasparyan  həlak olublar. Leytenant Hovsepyan David Aşotoviç isə döş qəfəsindən güllə yarası alıb, o, tibb mərkəzindədir”.

Ana səhifəSiyasətAzərbaycanın həlak olan hərbçilərinin adları açıqlanıb